Azərbaycanda “İçməli təbii mineral sular. Ümumi texniki şərtlər” dövlət standartı layihəsi “Qida məhsullarının keyfiyyəti və texnologiyasının standartlaşdırması üzrə Texniki Komitə” tərəfindən yenidən işlənilib.
“İki sahil” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) məlumat yayıb.
Bildirilib ki, Dövlət Standartının yenidən işlənilməsinin əsas məqsədi insan həyatı və sağlamlığı üçün vacib əhəmiyyət daşıyan beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə, o cümlədən digər dövlətlərin müvafiq milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanaraq suya olan tələbatın təmin edilməsidir.
Qeyd edək ki, Dövlət standartının yenidən işlənilməsi istiqamətində AZSTANDART və Naxçıvanda yerləşən içməli təbii mineral suların emalı sahəsində fəaliyyət göstərən “Sirab” və “Badamlı” müəssisələrinin nümayəndələri arasında görüş keçirilib.
Görüş zamanı hər iki müəssisənin verdiyi təkliflər dəyərləndirilərək standart layihəsində öz əksini tapıb. Standart layihəsinin qüvvəyə minməsi mineral suların 18-dən yuxarı ölkəyə ixrac edilməsinə, o cümlədən istehlakçıların içməli təbii mineral sulara olan tələbatının tam ödənilməsinə zəmin yaradacaq.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb