Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları müxtəlif növ malların gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısını alıblar.
"İki sahil"in komitəyə istinadən verdiyi məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı "Yaşıl kanal" vasitəsilə gömrük zonasını tərk edərkən “Qırmızı kanal”a yönləndirilərək əl və baqaj yüklərinə baxış keçirilib.
Yoxlama zamanı vətəndaşa məxsus çantadan gömrük orqanlarına bəyan edilməyən, 6 adda 134 ədəd dərman vasitələri, Azərbaycanın aksiz markası ilə markalanmayan 1 800 ədəd siqaret, ümumi təqribi çəkisi 161 qram qızıl-zinət əşyaları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb