2023-cü ildə Azərbaycanda dövlət standartlarının tətbiqi 2020-ci illə müqayisədə 6 dəfə artıb.
“İki sahil” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, son illərdə ölkə iqtisadiyyatının müxtəlif sektorlarında standartların tətbiqi genişlənib.
“Ölkədə standartların tətbiqinin genişlənməsi məhsul istehsalı və xidmətlərin müasir tələblərə uyğun təşkil olunması, iqtisadi fəaliyyətlərdə innovativ texnologiyaların tətbiqi, insanların həyat və sağlamlığının mühafizəsi, məhsul və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üçün geniş imkanlar yaradır”, - deyə M.Abbasbəyli vurğulayıb.
Qazaxıstan və Monteneqro Trans-Xəzər marşrutunun Adriatik dənizinin Bar limanı ilə birləşdirilməsini nəzərdən keçirir
Şəmkirdə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib