Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Onlayn Azərbaycan” layihəsi çərçivəsində Tərtər rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradılıb.
Nazirlikdən “İki sahil”ə verilən məlumata görə, Tərtər şəhərində şəbəkənin tikintisi başa çatıb. Şəhər mərkəzində 6788 təsərrüfatdan 3787 ev təsərrüfatı və biznes subyekti GPON xidmətlərindən yararlanır.
Rayonun Seydimli, Hacıqərvənd, Buruc, Şəhləbad, Aşağı Sarıcalı, Yuxarı Sarıcalı, Bayandur, Əskipara, Ələsgərli, Yenikənd, Düyərli, Söylən, İrəvanlı, Mamırlı, Yuxarı Mamırlı, Hacalı, Alışarlı, Poladlı, Bildirçinli, Borsunlu, Kovdadıq, Umudlu, Rəcəbbəyli, Sarov, Bəyimsarov, Qaynaq, Aşağı Qapanlı, Qazyan, Hüsənli, Azad Qaraqoyunlu, İlxıçılar, Köçərli, Balakəngərli, Cəmilli, Dəmirçilər, Kəngərli, Qaradağlı, Təzəkənd, Xoruzlu, Ağkənd, Kəbirli, Bayandurlu, Talış kəndləri və Şıxarx qəsəbəsində 13695 təsərrüfat üçün şəbəkənin tikintisi başa çatdırılıb.
Ümumilikdə rayonda mövcud təsərrüfatların 95%-dən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib. Hazırda rayon ərazisində 7939 təsərrüfat GPON xidmətlərindən yararlanır və yeni qoşulmalar davam etdirilir.
Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.
Qeyd edək ki, ümumilikdə 2,8 milyon təsərrüfat genişzolaqlı internetlə əhatə olunub. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 95,5%-ni təşkil edir.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb