Sentyabrın 2-də “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ-nin 4 saylı Dərin Dəniz Özülündə yanğın qeydə alınıb.
“İki sahil” “Azneft” İB-yə istinadla xəbər verir ki, hadisə yerinə dərhal yanğınsöndürən gəmilər cəlb edilib, qısa müddətdə alovun genişlənməsinin qarşısı alınıb və yanğın tam söndürülüb.
Hadisə nəticəsində 1960-cı il təvəllüdlü, "Azneft" İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən xüsusi texnika İdarəsinin əməkdaşı İslamov Rafiq İsa oğlu həyatını itirib.
Hazırda hadisənin şəraiti qiymətləndirilərək aidiyyəti üzrə müvafiq tədbirlər görülür.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb