Cari ilin avqustun 30-dək İpoteka Kağızının Elektron Sistemi vasitəsi ilə 13 min 482 ipoteka kağızının tərtibi və qeydiyyata alınması elektron şəkildə aparılıb.
"İki sahil" Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, əvvəllər bu sənədlər yalnız kağız daşıyıcıda tərtib edilirdi və Mərkəzi Bank tərəfindən kağız daşıyıcıda qeydiyyata alınırdı.
Bu sistem daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının ipoteka qoyanlar tərəfindən tərtib edilməsi, həmin kağızın ipoteka saxlayanların adına qeydiyyata alınması, habelə ipoteka kağızına xitam verilməsi ilə bağlı müvafiq əməliyyatları elektron formada aparmağa imkan verir.
Yuxarıda adıçəkilən əməliyyatların tam elektronlaşdırılması ölkəmizdə kredit, ipoteka və daşınmaz əmlak bazarının inkişafına, bu sahələrdə şəffaflığın və etibarlılığın artmasına töhfə verir.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb