Bu ilin II rübündə Azərbaycanda ipoteka kreditləri üzrə standartlarda sərtləşmə müşahidə edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Kreditləşmə fəaliyyətinə dair sorğu”sunda bildirilib.
Məlumata görə, sərtləşmə bankların daxili resurslar hesabına verilən ipoteka kreditləri üzrə olub. İpoteka və Kredit Zəmanət Fondu (İKZF) hesabına verilən ipoteka kreditləri üzrə standartlarda dəyişiklik olmayıb. Banklar III rübdə də daxili ipoteka ilə verilən kreditlər üzrə standartlarda sərtləşmənin davam edəcəyini gözləyir.
“II rübdə cəmi ipoteka kreditlərinə tələb azalıb. Respondentlərə görə tələbdəki azalmanın əsas səbəbi daxili ipoteka kreditləri olub. Eyni zamanda, bankların İKZF hesabına verilmiş ipoteka kreditləri üzrə tələb I rübü ilə müqayisədə azalıb. Banklar növbəti rübdə də ipoteka kreditlərinə, o cümlədən daxili ipoteka kreditlərinə tələbin azalacağını proqnozlaşdırır", - sorğuda qeyd edilib.
Bankların sorğuda qeyd etdiyi cavablara görə ipoteka kreditləri üzrə standartlara maliyyələşmənin dəyəri, digər banklarla rəqabət, daşınmaz əmlak bazarındakı vəziyyət, bankların kapital və likvidlik mövqeyi sərtləşdirici təsir göstərən faktorlardır.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb