“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) builki “Yüksəliş” müsabiqəsində qalib gəlmiş əməkdaşı Kamal Hüseynli yüksək vəzifəyə təyin edilib.
“İki sahil” ADY-yə istinadən xəbər verir ki, K. Hüseynli “ADY Ekspress” MMC-nin direktor müavini vəzifəsinə təyinat alıb. Buna qədər o, həmin şirkətdə baş maliyyə inzibatçısı olaraq çalışıb.
Bu təyinat ADY-nin gənc və perspektivli kadrların irəli çəkilməsi, kadr potensialının inkişafı və insan resurslarının strateji idarə olunması istiqamətində gördüyü əsaslı işlərin növbəti təzahürüdür.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb