“Kağızsız hökumət”ə keçid istiqamətində həyata keçirilən Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi təşəbbüsünün əsas məqsədi qabaqcıl texnologiyalardan maksimum səviyyədə istifadə etməklə ətraf mühitə və ekoloji dayanıqlılığa müsbət təsirləri artırmaqdır.
“İki sahil” xəbər verir ki, bu fikirləri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva “Kağızsız Hökumət: Rəqəmsallaşma və İnnovasiyanın Ətraf Mühitə Təsiri” adlı beynəlxalq tədbirdə deyib.
"Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi ilə biz 90 faiz məlumat dəqiqliyini hədəfləyən və qurumlararası məlumat mübadiləsini 7 gündən az müddətə endirən tam "Kağızsız hökumət"ə keçid edirik. Altsistem dövlət qurumları arasında sənədləşmə proseslərini tam rəqəmsal formada həyata keçirir ki, bununla da kağızdan istifadənin kəskin şəkildə azalmasına nail oluruq", - deyə İ.Vəliyeva bildirib.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb