"Azərbaycan Dəmir Yolları" QSC dəmiryol stansiya və vağzallarına şəxsi avtomobillə gələn sərnişinlərə müraciət edib.
ADY-dən "İki sahil"ə verilən məlumata görə, Bakı-Pirşağı-Sumqayıt xətti boyunca yerləşən stansiya və vağzallara aid avtodayanacaqlar sərnişinlərin istifadəsi üçün açıqdır. Şəhər mobilliyinin dəstəklənməsi və sərnişinlərin rahatlığının təmin edilməsi üçün Keşlə, Bakıxanov, Zabrat 1, Zabrat 2, Məmmədli, Pirşağı və Novxanı dəmiryol dayanacaqlarından istifadə qatarların hərəkət saatları (06:00-00:00) ərzində ödənişsizdir.
Məlumata görə, hər bir stansiya və vağzalda istifadə qaydaları və digər məlumatların yer aldığı lövhələr quraşdırılıb.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb