Bakının Azadlıq prospektinin bir hissəsində aparılan təmir işləri artıq yekunlaşıb.
Bu barədə “İki sahil” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, təmir işləri prospektin Mixail Kaveroçkin küçəsindən Cəfər Xəndan küçəsinədək olan hissəsində aparılıb. Sözügedən hissəinin uzunluğu 3 360 metr, ortalama eni isə 19 metr təşkil edir.
Təmir çərçivəsində sözügedən prospektdə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, yolun profilə salınması, ardınca yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının və yağış barmaqlıqlarının layihə hündürlüyünə qaldırılması işləri də görülüb.
Təmir işlərinin son mərhələsində sözügedən ərazidə üfüqi nişanlanma xətlərinin çəkilişi işləri yerinə yetirilib.
Qeyd edək ki, Azadlıq prospektinin sözügedən hissəsinin asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə olunurdu. Bu isə paytaxtın əsas işlək prospekti ilə rahat hərəkətə maneə yaradırdı.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb