Azərbaycan Mərkəzi Bankı (AMB) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında "yaşıl iqtisadiyyat"a keçid üzrə müəyyən edilmiş strateji prioritetlər müzakirə edilib.
“İki sahil” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
O qeyd edib ki, müzakirələr IFC-nin Avropa üzrə regional direktoru İnes Roşanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə baş tutub.
Görüş çərçivəsində, ölkədə yaşıl iqtisadiyyatın inkişafı üçün zəruri infrastrukturun formalaşdırılmasına yönəlmiş təşəbbüslər və AMB-nin dayanıqlı maliyyə üzrə gündəliyində duran mühüm məsələlər müzakirə olunub. Həmçinin, qurumlar arasında ikitərəfli maraq doğuran mövzular və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb