İtaliya şirkətləri Qarabağın bərpasında iştirak etməyə çalışırlar.
“İki sahil” xəbər verir ki, bu barədə jurnalistlərə İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi deyib.
“İtaliya hökuməti İtaliya şirkətlərinin Azərbaycanda layihələr həyata keçirməsi məqsədilə daha çox müqavilə bağlamaq üçün səylər göstərir. İtaliya biznesi üçün işğaldan azad edilmiş ərazilərdə getdikcə daha çox imkanlar yaranır”, - deyə Ticarət Palatasının prezidenti bildirib.
Onun sözlərinə görə, 44 günlük müharibə başa çatdıqdan az sonra İtaliya Qarabağa öz missiyasını göndərib.
“İtaliya Qarabağ məsələsində Azərbaycanı həmişə dəstəkləyib və biz şadıq ki, Qarabağın bərpasında müxtəlif yollarla iştirak edə bilərik. Bu, bizim münasibətlərimizin əsas aspektlərindən biridir”, - deyə Manuela Traldi bildirib.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb