Azərbaycan və İtaliya arasında birgə istehsal və xidmət sahələrinin yaradılmasını əhatə edən sənədlər imzalanıb.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
O qeyd edib ki, sənədlərə Azərbaycan-İtaliya dəyirmi masasında imza atılıb, tədqiqat və inkişaf layihələrinin həyata keçirilməsini, təcrübə mübadiləsini əhatə edir.
"Sənədlərin icrası innovasiyaları təşviq etmək və iqtisadi artımı gücləndirməklə yanaşı, ölkələrimiz arasında ikitərəfli əlaqələri daha da möhkəmləndirəcək", - deyə nazir əlavə edib.
#İtaliya – #Azərbaycan dəyirmi masası çərçivəsində yeni birgə istehsal və xidmət sahələrinin yaradılması, tədqiqat və inkişaf layihələrinin həyata keçirilməsi, təcrübə mübadiləsi kimi istiqamətləri əhatə edən sənədlər imzalandı.
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 5, 2024
Sənədlərin icrası innovasiyaları təşviq etmək və… pic.twitter.com/dfz3T2QUvR
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb