Bu ilin I yarısında “Bakı Gəmiqayırma Zavodu” MMC-nin istehsal dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox artaraq 25 milyon manata çatıb.
"İki sahil” bu barədə İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.
Zavod Agentliyin idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidentidir. Hazırda burada 722 nəfər daimi işlə təmin edilib.
Müəssisə Parkda tətbiq edilmiş idxal ƏDV və gömrük güzəştləri nəticəsində 2015-ci ildən indiyə qədər 73 milyon manatdan çox vəsaitə qənaət edib.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb