Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində dələduzluq etməkdə şübhəli bilinən Azər Əliyev saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən “İki sahil”ə verilən məlumata görə, adıçəkilən şəxs müxtəlif markalı avtomobillərin şəkillərini özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, dəyərindən ucuz qiymətə satılması barədə elan saytlarında məlumatlar yerləşdirib.
Ona zəng edənlərdən "beh" qismində müxtəlif məbləğlərdə pul əldə etdikdən sonra isə A.Əliyev zərərçəkənlərlə əlaqəni kəsib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
“Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil siyasəti: müasir çağırışlar və inkişaf perspektivləri”
Paytaxtda daha 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub