Bu ilin avqust ayında "Azərbaycan Dəmir Yolları" QSC-nin sərnişindaşıma xidmətlərindən istifadə edən xarici turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 38 % çox olub.
"İki sahil" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, ötən ay şəhərlərarası (rayonlararası) və şəhərətrafı qatarlarla 651 min nəfərə yaxın sərnişin daşınıb ki, bu da 1 il əvvələ nisbətən 24 % çoxdur.
Ən böyük artım 41 %-lə Bakı-Ağstafa-Bakı marşrutunda qeydə alınıb.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb