İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki Yevlax Pilot Aqroparkda fərdi sahibkar Məmmədov Asif Akif oğluna rezidentlik verilib.
"İki sahil"ə Agentliyə istinadən xəbər verir ki, yeni rezident 21,4 hektar sahədə investisiya dəyəri 200 min manat olan intensiv meyvə bağları salacaq, 3 nəfəri daimi, 8 nəfər isə mövsümi işlə təmin edəcək.
Yevlax Pilot Aqroparkda fermerlər dövlət vəsaiti hesabına infrastrukturla təmin edilir, “pir pəncərə” prinsipi və ağıllı idarəetmə sistemi tətbiq olunur. Aqroparkın 5 rezidentinə nazirlik yanında Sahibkarlığın İnkişafı Fondu 7,1 milyon manat güzəştli kredit verib.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb