Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 3 872 müraciət üzrə 7 053 "ASAN İmza" sertifikatı verilib.
“İki sahil” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Bundan başqa, məlumata görə, 8 ay ərzində Naxçıvandakı vergi ödəyicilərinə xidmət mərkəzləri ümumilikdə 28 165 şəxsi qəbul edib, onlara vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 37 352 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 % çoxdur.
Hesabat dövründə muxtar respublikada vergi ödəyicilərinə 354 613 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib, ödəyicilərlə 62 görüş keçirilib, 454 sayda ünvanlı xidmət göstərilib.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb