Sentyabrın 10-da Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun video-konfrans formatında növbəti iclası keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Məlumata görə, iclasda işçi qrupunda təmsil olunan aidiyyəti dövlət qurumlarının iştirakı ilə işçi qrupun fəaliyyəti çərçivəsində 2024-cü ilin 1-ci yarımilliyi üzrə görülmüş işlər və qarşıdakı dövr ərzində atılmalı olan addımlar barədə müzakirələr aparılacaq.
Keçiriləcək iclasda işçi qrupunun 2024-cü il üzrə təsdiq edilmiş fəaliyyət planı istiqamətində dövlət qurumlarının məsul olduqları əsas indikatorları çərçivəsində çıxışların edilməsi gözlənilir.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb