Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 800 əməkdaş üçün könüllü tibbi sığorta xidməti “Classic” tarif paketinin (sığorta məbləği hər bir şəxs üçün 10 min manat) satın alınması üzrə açıq tender elan edib.
“İki sahil” xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.
Sorğuda iştirak etmək istəyənlər təkliflərini sentyabrın 30-u, saat 12:30-a qədər AYNA-nın yerləşdiyi Bakının Nərimanov rayonunun, Hacı Məmmədov, 5 ünvanına təqdim edə bilərlər.
Təkliflərə sentyabrın 30-u, saat 12:30-da qeyd olunan ünvanda baxılacaq.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb