Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Quba rayonunun Adur kəndində yeni körpünü istifadəyə verib.
"İki sahil" AAYDA-ya istinadən xəbər verir ki, körpünün inşasını qısa müddətdə agentliyə məxsus 11 №-li xüsusi təyinatlı yol istismarı MMC həyata keçirib.
Quba rayon mərkəzindən 50 km aralıda yerləşən Adur kəndinin giriş hissəsində inşa edilən körpünün keçid hissəsinin uzunluğu 7 metr, eni isə 4 metr təşkil edir.
Körpünün istifadəyə verilməsi tədbirində AAYDA-nın və Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və kollektivi, həmçinin Adur kənd sakinləri iştirak edib.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb