Səhər saatlarında Yəməndən İsrail ərazisinə yer-yer tipli ballistik raket atılıb.
“İki sahil” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Qeyd edilib ki, raket hücumundan sonra yerli vaxtla saat 06.30 radələrində ölkədə siren səsləri eşidilib. Yerli mənbələrin məlumatına görə, raket ölkənin mərkəzindəki Ben Şemen meşəsindəki boş əraziyə düşüb və onun parçaları Ben Qurion hava limanının təxminən 6 kilometrliyində yanğına səbəb olub. Təl-Əvivin təxminən 25 kilometr şərqində yerləşən Modiində qatar stansiyasına qabaqalyıcı raketlərdən düşən kəsici qəlpələrin ziyan vurduğu bildirilib.
İsrail Milli Fövqəladə Hallar Xidməti Magen David Adomun (MDA) yaydığı açıqlamada, hücumla əlaqədar sirenlər səslənərkən sığınacaqlara getməyə çalışan 9 nəfərin yüngül yaralanaraq müalicə olunduğu bildirilib. İsrail, raketin İsrail hava məkanına girməsinin nə üçün qarşısını ala bilmədiyini və raketin hava hücumundan müdafiə sistemi tərəfindən qismən bloklandığını müəyyən etmək üçün araşdırma başladıb.
Yəməndə İranın dəstəklədiyi husilərin verdiyi açıqlamada, raket hücumunun İsrailin hava məkanının hücumlara qarşı tamamilə müdafiəsiz olduğunu göstərdiyi bildirilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
"MS Now": Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib
Niderlandda yolları NATO tələblərinə uyğunlaşdırmaq üçün 9,5 mlrd avroya ehtiyac var
Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb