Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin Quba rayonunda vətəndaş qəbulu keçiriləcək.
“İki sahil” “Azəriqaz”a istinadən xəbər verir ki, sentyabrın 23-də saat 12:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Quba və Qusar sakinlərinin müraciətləri dinləniləcək. Qurum vətəndaşların diqqətinə çatdırır ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz"ın fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Xaçmaz Regional qaz istismarı İdarəsinə (tel: 050-845-93-21; 023-335-35-43) müraciət edə bilərlər.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb