21 sentyabr 2024 15:37
72

37 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Lənkəran rayonunun Gərmətük qəsəbə sakini, 1987-ci il təvəllüdlü Elgün İlham oğlu Məlikovu yüksək gərginlikli elektrik cərəyanı vuraraq öldürüb.

“İki sahil” xəbər verir ki, hadisə Astara rayonunun Seləkəran kəndi ərazisində baş verib. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.