21 sentyabr 2024 17:33
92

Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda “Kontrabas”la iştirak edəcək

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Novorossiyskdə (Rusiya) keçiriləcək “Teatr limanı” VI Beynəlxalq Teatr Festivalında iştirak edəcək.

"İki sahil" Rusiya mediasına istinadla xəbər verir ki, festival sentyabrın 20-dən 29-dək Novorossiysk, Kabardinka və Gelendjik səhnələrində keçiriləcək. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı sentyabrın 23-də Novorossiyskdə, sentyabrın 25-də isə Kabardinkada alman yazıçısı Patrik Zyuskindin eyniadlı pyesi əsasında hazırlanmış “Kontrabas” tamaşasını təqdim edəcək.

Bu, musiqi alətinə olan sevgisinə görə orkestr karyerasından imtina edən musiqiçinin parlaq monoloqudur. Tamaşa məhəbbət, tənhalıq və musiqidən, bir əmələ coşqun həvəs və onu etməyə qadir olmamaq, yüksək ilahi duyğusu və ona nail olmağın qeyri-mümkünlüyü, qəhrəmanı əzab-əziyyət çəkməyə məcbur edən kişinin qadına olan sevgisindən bəhs edir.

Festivalda Azərbaycanla yanaşı, Rusiya Federasiyasının 11 regionundan 16 teatr, eləcə də Norveçdən bir kollektiv iştirak edəcək. “Teatr limanı” 2018-ci ildən Rusiyanın cənubunda, Novorossiyskdə keçirilən yeganə davamlı beynəlxalq teatr festivalıdır.