21 sentyabr 2024 17:44
107

Qarabağ Universitetinin tələbəsi: Prezidentlə görüşdə olmaq məndə çox böyük sevinc hissi yaratdı

Dünən cənab Prezidentlə görüşdük. Universitetin ilk tələbələrindən biri kimi bu görüşdə olmaq məndə çox böyük sevinc hissi yaratdı.

“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qarabağ Universitetinin tələbəsi Zenfira Nəsirova deyib.

“Prezidentlə görüşdə Qarabağ Universiteti ilə bağlı fikirlərimizi söylədik. Qarabağ Universitetindən gözləntilərimiz yüksəkdir. Yataqxananın şəraiti çox yaxşıdır. Qarabağ Universitetində təhsil almaq hər bir tələbə üçün fəxrdir. Əminəm ki, Qarabağ Universiteti gələcək illərdə yüksək nüfuzlu ali məktəblərdən birində çevriləcək”, – deyə o bildirib.