21 sentyabr 2024 18:33
102

Naxçıvanda “Tullantıları dəyərə, ekoçantanı vərdişə çevir” aksiyası keçirilib

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “NM” marketinin dəstəyi ilə “Tullantıları dəyərə, ekoçantanı vərdişə çevir” devizi ilə aksiya keçirilib.

"İki sahil" Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, aksiya zamanı vətəndaşlar ümumi tutumu 122 litr olan plastik, 15 litr olan şüşə butulka və 47 ədəd işlənmiş batareya təhvil verərək, əvəzində ekoçanta əldə ediblər.