21 sentyabr 2024 20:00
104

Gəlin maşını qəza edib, bəy xəsarət alıb

Naxçıvan-Sədərək avtomobil yolunun 23-cü kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb, toyu olacaq bəy xəsarət alıb.

“İki sahil” xəbər verir ki, qəza zamanı gəlin maşını 75-AF-793 dövlət nömrə nişanlı "Ford" markalı avtomobil ilə 74-BC-207 dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomobil toqquşub. Hadisə nəticəsində "VAZ 2106" markalı avtomobilin sürücüsü Məmmədov Təbriz Fəxrəddin oğlu hadisə yerində vəfat edib. Avtomobildə olan sərnişin Əsgərli Təbriz Yadulla oğlu ağır xəsarət alıb.

Digər avtomobilin sürücüsü, toyu olacaq şəxs Rəsulov Fərid Emin oğlu və avtomobildə olan sərnişinlər Tağıyev Elvin Zeynalabdin oğlu və Qulubəyli Tayfun Amin oğlu ciddi xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriblər.