22 sentyabr 2024 15:11
78

Latviya iddia edib ki...

Rusiyanın 6 qırıcı təyyarəsi 20 və 21 sentyabr tarixlərində Baltik dənizi üzərində Latviyanın hava məkanına daxil olub.

“İki sahil” xəbər verir ki, bu barədə Latviya Hərbi Hava Qüvvələri X sosial şəbəkəsində paylaşım edib. Bildirilib ki, Rusiya qırıcılarında transponder olmayıb, uçuş planı təqdim edilməyib. Latviya havaya “Eurofighter” qırıcı təyyarələrini qaldırıb, Rusiya qırıcıları sərhədə qədər müşayiət olunub.