22 sentyabr 2024 15:50
90

Almaniyanda sağçıların reytinqi yüksəlib

Almaniyanın sağçı “Almaniya üçün Alternativ” partiyasının Türingiyada yerli seçkilərdəki qələbəsindən və Saksoniyada keçirilən seçkilərdəki uğurundan sonra reytinqləri son 6 ayın ən yüksək səviyyəsinə yüksəlib.

“İki sahil” xəbər verir ki,  bu barədə “Bild” qəzetinin sifarişi ilə “INSA” sosioloji institutunun keçirdiyi sorğunun nəticələrində göstərilib. Qeyd olunub ki, Almaniya seçicilərinin 20%-i sentyabrın sonunda sağçılara səs verməyə hazırdır. Eyni zamanda, almanların 32%-i Xristian Demokrat İttifaqına səs verməyə razırdır.