22 sentyabr 2024 18:16
79

Cənubi Xorasan ostanında 3 günlük matəm elan edilib

İranın Cənubi Xorasan ostanında 3 günlük matəm elan edilib.

"İki sahil" Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, İran prokurorluğu Təbas kömür mədəni ilə bağlı araşdırmalara da başlayıb. Son rəsmi məlumata əsasən, Təbas kömür mədənində dünən saat 21.00 radələrində baş vermiş partlayışda 51 nəfər ölüb, 17 yaralı var.