22 sentyabr 2024 17:57
88

Norveç Almaniyaya hidrogen ixrac etmək planlarından imtina edib

Norveçin “Equinor” qaz şirkəti layihəni çox bahalı və tələbatı qeyri-kafi hesab etdiyi üçün Almaniyaya hidrogen ixrac etmək planlarından imtina edib.

“İki sahil” xəbər verir ki,  bu barədə “Berliner Zeitung” məlumat yayıb. Nəşr qeyd edib ki, “Equinor” 2022-ci ildə Almaniyanın “RWE” şirkəti ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən dünyada ilk dəfə hidrogen dənizi keçən boru vasitəsilə Almaniyadakı elektrik stansiyalarına tədarük edilməli idi.

“Equinor”un sözçüsü Maqnus Frants Eydsvoldun sözlərinə görə, şirkət ilkin mərhələdə layihədən imtina etmək qərarına gəlib. Onun fikrincə, belə bir həll mümkünsüzdür. Nəşrin mənbəsi qeyd edib ki, bu qərar Almaniyanın iqtisadiyyat naziri Robert Habek üçün sürpriz olub.