22 sentyabr 2024 17:13
92

Əməkdar artist Kifayət Gəncəli dəfn olunub

Azərbaycanın Əməkdar artisti, xanəndə Kifayət Gəncəli Gəncənin “Səbiskar” qəbiristanlığında torpağa tapşırılıb.

“İki sahil” xəbər verir ki, dəfn mərasimində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov, Xalq artisti Şahnaz Haşımova, şəhər ictimaiyyətinin nümayəndələri, sənətkarın yaxınları iştirak ediblər.

Qeyd edək ki, Əməkdar artist bu gün ürək çatışmazlığı səbəbilə vəfat edib.