23 sentyabr 2024 01:50
106

Korbaro: İtaliya üçün Bakı Sülh və İqlim Mərkəzinin yaradılması çox vacibdir

“İtaliya üçün Bakı Sülh və İqlim Mərkəzinin yaradılması çox vacibdir”.

"İki sahil"in məlumatına görə, bu sözləri İtaliyanın İqlim dəyişikliyi üzrə xüsusi elçisi Françesko Korbaro deyib. O bildirib ki, ölkəsi anlayır ki, iqlim və təhlükəsizlik, iqlim və sülh, iqlim və miqrasiya arasında güclü əlaqə var. “COP28-də biz ərzaq təhlükəsizliyinə də diqqət yetirdik. Ərzaq təhlükəsizliyi isə bu mərkəzin sütunlarından biridir və onlarla birlikdə su qıtlığına, miqrasiyaya və torpağın istifadəsinə diqqəti cəlb etmək imkanımız var. İqlim dəyişikliyi təkcə yaşayış mühiti ilə bağlı deyil, həm də bütün dünyada iqlim dəyişikliyi ilə əlaqəli münaqişələrlə əlaqədar məsələdir”,- deyə F.Korbaro deyib.