23 sentyabr 2024 08:16
75

Ərdoğan: Dünya dövlətlərinin sülh içində birgə hərəkət edəcəyi təqdirdə...

Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasında iştirak etmək üçün Nyu Yorka səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir sıra rəsmi görüşlər keçirib.

“İki sahil” xəbər verir ki,  Ərdoğan səfər zamanı Albaniyanın Baş naziri Edi Ramanı Nyu Yorkdakı Türk Evində qəbul edib. Görüşdə Türkiyə ilə Albaniya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan İsrailin Fələstin torpaqlarında, xüsusilə Qəzzada törətdiyi qırğınların regional və qlobal sülhə zərər verdiyini, insan haqları və beynəlxalq hüququn pozulmasına son qoyulmalı olduğunu, dünya dövlətlərinin sülh içində birgə hərəkət edəcəyi təqdirdə, yönümlü bir şəkildə, İsrailin dayandırmaq məcburiyyətində qalacağını bildirib.

Bundan başqa Ərdoğan bir sıra QHT nümayəndələri ilə də dəyirmi masa ətrafında görüş keçirib. Görüş çətbuata qapalı keçirilib. Daha sonra Ərdoğan ABŞ-da fəaliyyət göstərən TÜRKEN Vəqfini ziyarət edərək burarada da bir sıra görüşlər keçirib.

Bundan başqa Rəcəb Tayyib Ərdoğan Türk-Amerika Milli Rəhbər Komitəsinin şam yeməyində çıxış edib. Çıxışı zamanı Qəzzada baş verən hadisələrə də münasibət bildirən Ərdoğan İsrailin Fələstin torpaqlarında, xüsusilə Qəzzada törətdiyi soyqırımının bölgənin sülhünü təhdid etdiyini, Livana qarşı son hücumların və İsrailin verdiyi son bəyanatların müharibənin bölgəyə yayılması səylərinin bariz təzahürü olduğunu deyib.

Ərdoğan Türkiyə olaraq bu işğal və qırğın siyasətini ən qısa zamanda dayandırmaq üçün əllərindən gələni etdiklərini və etməyə də davam edəcəklərini bildirib.