23 sentyabr 2024 09:56
77

Ərdoğan: Regionda sülhün təmin olunması prioritet diplomatiya olmalıdır

Türkiyə Ukraynada ədalətli sülhün təmin olunması üçün səbrlə səy göstərir.

“İki sahil” “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-də Türk-Amerika Milli Rəhbər Komitəsi ilə görüşündə deyib. O bildirib ki, regionda sülhün təmin olunması prioritet diplomatiya olmalıdır: “Bunu müharibənin ilk günündən etibarən deyirik. Tökülən hər damla qan, döyüşlə keçən hər gün böyük bir itkidir”.