23 sentyabr 2024 11:10
73

Bursada təlim təyyarəsi qəzaya uğrayıb, iki pilot ölüb

Türkiyənin Bursa şəhərində təlim təyyarəsi qəzaya uğrayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində hər iki pilot ölüb. Qəzanın səbəbi hələ ki məlum deyil.

Faktla bağlı araşdırmalar aparılır.