23 sentyabr 2024 13:28
75

Polşalıların yarıdan çoxu ordunun ölkənin müdafiəsinə hazır olduğuna inanır

Polşalıların yarıdan çoxu ordunun ölkənin müdafiəsinə hazır olduğuna inanır, lakin əhalinin demək olar ki, üçdəbiri bu fikirlə razı deyil.

“İki sahil” xəbər verir ki, bu barədə məlumat IBRiS sosiologiya xidmətinin apardığı sorğunun nəticələrində öz əksini tapıb. Polşa ordusunun gücünə inananların sayı 54,6 faiz, inanmayanların sayı isə 29,6 faizdir.

Polşa Silahlı Qüvvələrinin vəziyyətini müxalifət nümayəndələri, qadınlar və 30 yaşlı sakinlər müxtəlif cür qiymətləndirib. Ölkənin 18-29 yaş arasında olan gənclərinin 63 faizi ordunun hazırlığını qənaətbəxş saymır.

Buna baxmayaraq, ekspertlər Polşa ordusunun hazırda modernizə edildiyini, həmçinin ABŞ və Cənubi Koreyadan alınan yeni silahlarla, o cümlədən tanklar, təyyarələr və artilleriya qurğuları ilə təchiz olunduğunu qeyd edirlər.