23 sentyabr 2024 15:21
89

Berezovskinin keçmiş vəkili AXTARIŞA VERİLDİ

Boris Berezovskinin keçmiş vəkili Anatoli Blinov Rusiya Daxili İşlər Nazirliyinin axtarışda olanlar siyahısına düşüb.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, o, Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır, təfərrüatlar hələlik açıqlanmır. Hüquq-mühafizə orqanları RİA Novosti-yə bildiriblər ki, Blinov saxta sənədlərdən istifadə etməklə qeyri-rezidentlərin hesablarına pul köçürüb. Onun hələ 2018-ci ildə axtarışa verildiyi iddia edilir.

Qeyd edək ki, sentyabrın 13-də Anatoli Blinov Polşada Aleksey Navalnının silahdaşı Leonid Volkova hücuma görə həbs edilib. Məhkəmənin qərarı ilə o, 3 ay müddətinə həbs edilib. Ona üç ittiham irəli sürülüb ki, onlardan biri də biri rusiyalı müxalifətçinin döyülməsini təşkil etməkdir. İşlə bağlı ümumilikdə 8 nəfər saxlanılıb.