İsrail ordusunun Livanın cənubundakı Hizbullah mövqelərinə endirdiyi zərbələr nəticəsində azı 50 nəfər ölüb.
“İki sahil” xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
300-dən çox yaralının olduğu bildirilir.
Qeyd edək ki, bu gün səhər saatlarında İsrail ordusu mülki şəxslərə Hizbullahın silah saxlamaq üçün istifadə etdiyi yerlərdən uzaqlaşmaları barədə xəbərdarlıq edib.