23 sentyabr 2024 08:48
359

Yol qəzasında nənə və onun nəvəsi xəsarət alıb

Kürdəmir rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki,  iki avtomobilin toqquşması nəticəsində sərnişinlər 46 yaşlı Musayeva Məlahət Bilal qızı və onun 6 yaşlı nəvəsi A.Z. xəsarət alıblar. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətiriliblər. Müayinə zamanı M.Musayevaya müştərək travma və azyaşlıya isə açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.