23 sentyabr 2024 10:44
78

Türkiyənin Ali Təhsil Şurasının sədri Azərbaycanda səfərdədir, Əli Əsədovla görəşəcək

Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar Azərbaycanda səfərdədir.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, o, bu gün Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını, Türk şəhidliyini və Azərbaycan İstiqlal Muzeyini ziyarət edəcək.

E.Özvar həmçinin baş nazir Əli Əsədovla görüşəcək və Türkiyə-Azərbaycan universitetinin tələbələri ilə tanış olacaq.