23 sentyabr 2024 22:38
88

Antimilli ünsürlərin avantürist yalanları

AXCP və Müsavat barmaqla sayılacaq qədər qohum-əqrəba partiyasına çevrilib

Bu gün dağıdıcı müxalifətin yalanlarından, böhtanlarından, hətta pafoslu çıxışlarından ölkə ictimaiyyəti bezib. Bəli, məhz 30 ildən çoxdur ki, bu siyasətbazlar dövlətimizə qarşı böhtan  püskürməklə cəmiyyəti çaşdırmağa çalışırlar. Sual olunur dağıdıcı müxalifyət niyə  Azərbaycana qənim kəsilib? Umacaqları nədir? Hakimiyyət?!  Bu zavallılar hələ də anlamırlar ki, artıq siyasət meydanında onlara yer qalmayıb.  Ona görə ki, onlar siyasi mübarizə vasitəsi olan seçkilərin hamısını ya uduzublar, ya da ki, boykot ediblər. Bəli,  44 günlük Vətən müharibəsindən  və 2023-cü ilin sentyabrın 20 –də Qarabağdakı xuntanın ləğvi ilə nəticələnən birgünlük  lokal antiterror tədbirlərindən sonra ölkəmizdəki dağıdıcı müxalifətin dövlətimizə və onun rəhbərinə qarşı sosial şəbəkələrdəki şər və böhtan kampaniyası daha da genişlənməyə başladı. Xüsusilə AXCP sədri Əli Kərimlinin və onun marginal dəstəsinin ayrı-ayrı internet tv-lərdəki populist çıxışları, reallıqları özündə əks etdirməyən qərəzli şərhləri bir daha göstərdi ki, məlum düşərgənin ölkəmizin gələcəyinə hesablanmış normal düşüncə və baxışları yoxdur.

Birmənalı demək olar ki, dağıdıcı müxalifətin lidercikləri AXCP sədri Əli Kərimlinin, onun müavini Fuad Qəhrəmanlının, qondarma «Milli Şura»nın rəhbəri Cəmil Həsənlinin, bu qurumun Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin, Müsavat Partiyasının başqanı İsa Qəmbərin və ətrafının əsas hədəfləri  məcburi köçkünlərin Böyük Qayıdışına, Qarabağ və Şərqi Zəngəzurda aparılan tikinti- bərpa işlərinə kölgə salmaqdır. Bu gün Azərbaycan cəmiyyətini narahat edən onların böhtan və yalan kampaniyası deyil. Çünki onların xalq dilində desək əti nədir ki, budu da nə ola… Bizi narahat edən sapı özümüzdən olan nankorların düşmən əlinə işləməsidir. Bir tərəfdə Vətən uğrunda canını fəda etmiş Azərbaycanın qəhrəman oğulları, bir tərəfdə isə ölkəsinin və xalqının qələbələrindən məyus olan, ona qara yaxan vətənsizlər…

Məhz dağıdıcı müxalifətin əli ilə Azərbaycan Ordusunun Qarabağdakı hərbi  zəfərlərinə, ərazi bütövlüyümüzün tamamilə təmin edilməsinə beynəlxalq arenalarda böhtan atılır. Məhz onların xəyanətkar təbliğatı nəticəsində ermənilər əzilən, etnik təmizləməyə məruz qalan bir millət kimi tanıdılır. Ona görə xalqımız  bu vətənsizlərə qarşı bu gün də sərt mövqe nümayiş etdirir.

Həm xaricdəki, həm də daxildəki antimilli ünsürlər hələ də avantüra ilə məşğul olaraq yalanları fakt kimi cəmiyyətə sırımaq istəyirlər ki, guya Azərbaycanda mətbuata qarşı basqı və təzyiq var. Hüquq-mühafizə orqanlarının son açıqlamalarında  bildirilib ki, ölkəmizdə cinayət məsuliyyətinə cəlb olunan  «jurnalistlər»  ya qaçaqmalçılıqla məşğul olduqlarına, ya da ki, kimlərisə şantaj və təhdid etdikləri üçün həbs olunublar. Halbuki, peşə fəaliyyəti ilə məşğul olan KİV nümayəndələri üçün Azərbaycanda tamamilə demokratik mühit formalaşdırılıb. Bu gün nazirlər, Milli Məclisin deputatları ölkə KİV-ində kifayət qədər tənqid olunurlar.  Təbii ki, tənqidlərin səmimisi də var,  haqsızı da... Ancaq bir nəfər jurnalist, hətta sosial şəbəkə istifadəçisi bu tənqidlərə görə nə təqib olunub, nədə ki, həbs edilib…

Bəli, bu gün sosial şəbəkələr dağıdıcı müxalifətin ən iyrənc təbliğat və qazanc mənbəyinə çevrilb. Amma xalqın gözü tərəzidir, kimin xaricdəki  anti-Azərbaycan qüvvələrin pullarından ötrü ağzının sulanmasını da, kimin bu Vətən üçün can verməyə hazır olduğunu da aydın görür. Ona görə də anti-Azərbaycan qüvvələr nə qədər çalışsalar belə  ölkəmizdəki xalq- iqtidar birliyinə, Qarabağdakı son zəfərlərimizə kölgə sala bilməyəcəklər.

Vaxtilə  Ermənistanı güclü şəkildə müdafiə edən ölkələr, İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdən və 2023-cü ilin sentyabrın 19-da başlayan bir günlük lokal antiterror tədbirlərindəki qələbəmizdən sonra gücümüzü və ərazi bütövlüyümüzü qəbul etdilər. Dağıdıcı müxalifətin böyük xəyanəti isə Vətən müharibəsində bütün ictimai və siyasi təşkilatların dövlətimizə, ordumuza dəstək bəyanatına imza atmasına rəğmən onların  bu addımı atmaqdan imtina etməsidir. Təsəvvür edin belə bir bəyanata yalnız erməni lobbisindən maliyyələşənlər imza atmağa cəsarət edə bilər.

Ən sonda dağıdıcı müxalifətin tükənmişliyi onların az- çox düşünə bilən simalarını ayıldıb. Hazırda bu düşərgəni tərk edənlərin sayı durmadan artır. Məhz bu səbəbdən də  AXCP-nin və Müsavatın  barmaqla sayılacaq qədər qohum əqraba partiyasına çevrilməsi heç də uzaqda deyil.

Elçin Zaman, «İki sahil»