Qarabağ Azərbaycan torpağıdır.
“İki sahil” “Anadolu”ya istinadla xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının nümayəndəsi Fəxrəddin Altun deyib.
O, bildirib ki, Ankara bu həqiqəti bir daha diqqətə çatdırır.
F.Altun, həmçinin söyləyib ki, terrorizmlə mübarizə aparılmalı, terror təşkilatlarına fərq qoyulmamalıdır: “Bunun üçün səmimi və effektiv beynəlxalq həmrəyliyə ehtiyac var”.
O, Türkiyənin Yaxın Şərqdəki müharibənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu da diqqətə çatdırıb.
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib