Bu gün Türk Dövlətləri Təşkilatı (TDT) xarici işlər nazirlərinin Nyu-Yorkda qeyri-rəsmi toplantısı və G20 xarici işlər nazirlərinin iclası keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb. Eyni zamanda qeyd olunub ki, İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının Qəzza Təmas Qrupu xarici işlər nazirlərinin BMT Baş katibi Antonio Qutterreşlə görüşü gözlənilir.
Bildirilib ki, toplantılar BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində keçiriləcək.
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib