Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun anqolalı həmkarı Tete Antonio ilə görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri üzərində işin davam etdirilməsinin vacibliyi vurğulanıb.
“İki sahil” xəbər verir ki, “Report” bu barədə Azərbaycanın baş diplomatı sosial şəbəkədə paylaşım edib. “BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Anqolanın xarici işlər naziri Tete Antonio ilə görüşməkdən məmnun qaldım. Beynəlxalq təşkilatlar, xüsusilə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyətin hazırkı səviyyəsi məmnunluqla qeyd olunub, ikitərəfli əməkdaşlığın perspektivləri üzərində işin davam etdirilməsinin vacibliyi bir daha vurğulanıb”, – paylaşımda diqqətə çatdırılıb.
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib