Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində nazirlərin İqlim Maliyyəsi mövzusunda NCQG üzrə qeyri-formal dialoqu tədbirində çıxış edib.
“İki sahil” xəbər verir ki, bu barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşılıb.
Nazir C. Bayramov çıxışında Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) diqqətin ədalətli və məqsədyönlü nəticələrin əldə olunması üçün iqlim maliyyəsi məsələsinə yönəldilməsinin vacibliyindən danışıb.
Azərbaycanın COP29-a sədrliyi çərçivəsində irəli sürülən təşəbbüslərə və aparılan müzakirələrə toxunan nazir bu kimi addımların iqlim maliyyəsi və digər vacib məsələlərin həllinə verdiyi töhfələrdən bəhs edib.
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib