28 sentyabr 2024 17:18
91

Müqtəda əs-Sədr İraqda üç günlük matəm elan edib

İraq şiələrinin lideri Müqtəda Əs-Sədr “Hizbullah”ın baş katibi Həsən Nəsrullahın ölümü ilə əlaqədar ölkə üzrə üçgünlük matəm elan edib.

“İki sahil” xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb. 49 yaşlı Müqtəda əs-Sədr İraqın tanınmış, nüfuzlu ailələrindən birinin nümayəndəsidir.