Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti, Buenos-Ayres Muxtar Şəhərinin Dövlət Prokurorluğu Xidmətinin Baş prokuroru Juan Bautista Mahiques Assosiasiyanın gələcək strategiyası, hədəfləri barədə məlumat verib.
“İki sahil” xəbər verir ki, o, bu barədə Bakıda dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı - Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İllik Konfransı və Ümumi Yığıncağında çıxışı zamanı deyib. Natiq 29-cu İllik Konfransın və Ümumi Yığıncağın fəaliyyətə başlaması münasibətilə iştirakçıları təbrik edib, uğurlar arzulayıb.
Juan Bautista Mahiques qonaqpərvərliyə, Assosiasiyanın işinə verilən dəyərli töhfə və daimi dəstəyə görə baş prokuror Kamran Əliyevə təşəkkür edib.
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib